QHT “TƏHSİLDƏ RƏQƏMSAL TRANSFORMASİYA” adlı layihə icra edir

Rəqəmsal texnologiyalar təhsilin məzmununu, təlim metodlarını və müəllim–tələbə münasibətlərini sürətlə dəyişdirir. Süni intellekt, rəqəmsal təhsil platformaları, onlayn kurslar, Big Data, adaptiv öyrənmə və rəqəmsal qiymətləndirmə artıq gələcəyin deyil, müasir təhsilin reallığıdır. Bu dəyişikliklər yeni nəsil müəllimdən yalnız fənn biliyi deyil, həm də rəqəmsal və süni intellekt savadlılığı tələb edir.
Bu məqsədlə tələbə və gənc müəllimlər üçün “Təhsildə rəqəmsal transformasiya” adlı YouTube kanalı yaratmaq nəzərdə tutulur. Kanalın əsas məqsədi rəqəmsal texnologiyaların təhsildə səmərəli, təhlükəsiz və məsuliyyətli istifadəsini sadə və praktik formada öyrətməkdir.
“Peşəyönümlü  təhsilin inkişafına  yardım” IB  (PTİYİB)  bu istiqamətində, ictimai əsaslarla “Təhsildə rəqəmsal transformasiya”   adlı layihə icra edir. Bu innovativ təhsil  layihəsinin ideya müəllifi və rəhbəri  PTİYİB sədri, dosent İlham Əhmədovdur.  Layihəyə    bakalavr     pilləsində təhsil alan  20  nəfər tələbə  cəlb edilibdir. Layihə 4  onlayn təlimdən ibarətdir.
Layihə çərçivəsində tələbələrlə ilkin mərhələdə   süni intellektin əsasları üzrə 2 onlayn təlim keçirilmiş, onlara süni intellekt  alətlərinin köməyi   ilə  “Təhsildə rəqəmsal transformasiya”  kursu üzrə öyrədici xarakterli  elektron resursların hazırlanması yolları izah edilmişdir. Layihənin növbəti mərhələsində tələbələr hazırladıqları  rəqəmsal resursları sosial şəbəkələrdə yerləşdirəcəklər. İlkin mərhələdə eyni adlı youtub kanalı yaradılcaq və bura 25 öyrədici video resurs və podkastlar  yerləşdiriləcəkdir. Bu tip rəqəmsal tədris resurslarının   hazırlanması və tədrisdə tətbiqi  gələcək müəllimlərin və  hazırda məktəblərdə çalışan gənc müəllimlərin peşəkar inkişafına  dəstək məqsədi daşıyır. Layihə çərçivəsində 25  audiovizual resursla yanaşı, 25  infoqrafika  tipli intellektual xətritənin  də hazırlanması nəzərdə tutulur. Bu tip layihələrin icrası tələbələrdə  süni intellekt alətlərinin praktik tətbiqi  üzrə  səriştələr formalaşdırır. Kanalın fərqləndirici cəhəti nəzəri məlumatla kifayətlənməməsi, “öyrən – tətbiq et – nəticəni qiymətləndir” prinsipinə əsaslanmasıdır. Hər mövzu mümkün qədər real dərs nümunələri, praktik tapşırıqlar və hazır rəqəmsal alətlərlə əlaqələndiriləcək. Artıq 10 video youtub kanalına yerləşdirilmişdir. Kanalın linki belədir: https://www.youtube.com/@MüasirTəlimMetodları
Beləliklə, kanal tələbə və gənc müəllimlər üçün davamlı öyrənmə mühiti yaradaraq onların rəqəmsal kompetensiyalarının, süni intellekt savadlılığının və innovativ pedaqoji düşüncəsinin inkişafına xidmət edəcək. Uzunmüddətli perspektivdə bu platformanın rəqəmsal təhsil üzrə Azərbaycan dilində açıq bilik resursuna çevrilməsi əsas hədəflərdən biri olacaq.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button