İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ baş verib.

Polise.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 01:25:53-də qeydə alınan yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button