“Heç kəs xatırlatmadı ki, faşist Hitler Yaltaya dəvət olunmamışdı və ABŞ lideri Ruzvelt ona “dostum” deməmişdi…”

“…Fəqət bugünkü dünya siyasətinin bəzi “böyük oyunçuları”  Ukrayna və onu dəstəkləyən xalqlar tərəfindən “Putler” adlandırılan faşist xislətli təcavüzkarı öz əlləri ilə eyni masa arxasına əyləşdirib, sonra da sülh və beynəlxalq təhlükəsizlikdən danışırlar — tarixə bundan böyük siyasi ironiya tapmaq çətindir!..”
-3 CÜMLƏ İLƏ BİR QUŞ…-
…Noyabrın 19-da Çində keçirilmiş üçlü görüşü 1945-ci ilin fevralında baş tutmuş Yalta konfransı ilə müqayisə edərək Trampın, Si Cinpinin və Putinin Ukraynanı, İranı, hətta dünyanı öz aralarında bölüşdürəcəklərini iddia edənlər nədənsə bir mühüm tarixi detalı “unutdular”: Hitler Yaltaya dəvət olunmamışdı, çünki ABŞ da, SSRİ də onu faşist və təcavüzkar kimi tanıyır, Birləşmiş Ştatların prezidenti Franklin Ruzvelt isə ona “dostum” deyərək cahil alman kütləsinin gözündə nüfuzunu və siyasi çəkisini artırmırdı…
Bu gün isə ABŞ və Çin liderləri Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi Putini Ukrayna xalqına və dövlətinə qarşı beş ilə yaxındır davam edən genişmiqyaslı təcavüzün və soyqırımının birbaşa məsul şəxsi kimi təqdim etmək əvəzinə, onu siyasi-diplomatik təcriddən çıxararaq sanki təcavüzkarın beynəlxalq legitimliyinə yaşıl işıq yandırır, bununla da onu neofaşist əməllərini davam etdirməyə ruhlandırırlar…
Beləliklə, bundan sonra da işğalçı Rusiya diktatorunun iştirakı ilə “yeni Yalta” arzusunda olanlara xatırlatmaq lazımdır ki, Yaltada Hitlerə yer yox idi, fəqət bugünkü dünya siyasətinin “böyük oyunçuları”( xüsusən də Putin və Si Cinpinlə birgə fotosunu Yalta konfransının məşhur görüntüsü ilə müqayisə edən  dəllal siyasətçi Tramp) Ukrayna və onu dəstəkləyən xalqlar tərəfindən “Putler” adlandırılan faşist xislətli təcavüzkarı öz əlləri ilə eyni masa arxasına əyləşdirib, sonra da sülh və beynəlxalq təhlükəsizlikdən danışırlar — tarixə bundan böyük siyasi ironiya tapmaq çətindir!..
Sultan Laçın

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button