Astarada 10 kiloqramdan artıq narkotik aşkarlandı – 3 nəfər həbs edildi

Astarada polis sərhədçilərlə birlikdə narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

Bu barədə Polise.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tədbir zamanı A.Əhədov, E.Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar. Həmin şəxslərdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button