Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağına söz verdi

Ermənistan Baş naziri Nikol Paşinyan vətəndaşlara müraciətində yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağını və ratifikasiya ediləcəyini vəd edib.

Polise.az  xəbər verir ki, Nikol Paşinyan bu məsələdə bütün mənəvi, siyasi və insani etibarlılığını ortaya qoyduğunu bildirib.

“Yeni Konstitusiyanın qəbulu ilə yalnız sülh sazişinin imzalanması deyil, həm də institusional sülhün təmin olunması mümkün olacaq”, – hökumət başçısı qeyd edib.

N.Paşinyan bir daha bəyan edib ki, vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs versələr, istefa verəcək.

Konstitusiya layihəsi dəstəklənəcəyi təqdirdə isə növbəti seçkilərdə Baş nazir postuna namizədliyini irəli sürməyəcək.

 

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button