İsrail ordusunun Qəzzada əməliyyatı bir-iki aya bitə bilər
“İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat yaxın iki ay ərzində başa çata bilər”.
Polise.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
“Biz terrorçu HƏMAS-ın döyüş batalyonlarının dörddə üçünü məhv etdik. Döyüşlərdə isə sona yaxınlaşırıq və bu iki aydan çox çəkməyəcək. Bəlkə altı həftə, bəlkə də dörd”, – baş nazir “Politico”ya müsahibəsində deyib.
Polise.az