Yücel Karauz: Yunanıstan Türkiyə və Azərbaycanın birliyindən dərs çıxarmalıdır

Yunanıstanın Qarabağ müharibəsindən çıxarmalı olduğu yeganə dərs Türkiyə və Azərbaycanın qardaşlığı, birliyi və bu birliyin yaratdığı enerji və motivasiyadır.

Bunu  Polise.az – a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib.

O qeyd edib ki, Yunanıstan ASALA terror təşkilatına və Ermənistana dəstək göstərib:

“Yəni bu yeni məsələ deyil. Bu çərçivədə Yunanıstan, Hindistan ötən günlərdə birlikdə hərəkət etmək üçün siyasi qərar qəbul etdilər. Təbii ki, bu cür davranış bizə qarşı dost münasibətdən xəbər vermir. Ancaq bilmək lazımdır ki, “düşmənimin düşməni dostumdur” təfəkkürü beynəlxalq siyasi münasibətlərdə heç də həmişə faydalı ola bilməz. Yunanıstan da Ermənistan kimi səhvə yol verir”.

Ekspert vurğulayıb ki, Avropaya enerji ötürülməsi məsələsi daxil olmaqla Azərbaycanın indiki rolunu nəzərə aldıqda Yunanıstanın Azərbaycanla əməkdaşlığa ehtiyacı var:

“Həmçinin Türkiyə ilə münasibətlərin inkişafına da ehtiyacı var. Ona görə də Ermənistanı silahlandırmağa çalışmaq yanlış yoldur. Ancaq bu, dəyişməz bir yunan münasibətidir. Mövcud proseslərin səbəbi gündəlik siyasi hadisələr deyil, Ermənistanın Qarabağ müharibəsindən sonra girdiyi psixoloji vəziyyət kimi, revanşizm duyğusudur. Bu, birliyin hərbi və siyasi baxımdan əhəmiyyəti yoxdur. Lakin onların bu cür yanaşması bizim-Azərbaycan və Türkiyənin birliyini daha da gücləndirir. Bu, dostlarımızı və düşmənlərimizi tanımağa imkan verir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstanın müdafiə naziri Nikos Dendias “Naftemporiki” qəzetinə müsahibəsində Ermənistanla müdafiə sahəsində əməkdaşlığa dair ikitərəfli sazişləri çərçivəsində və keçmiş Qarabağ münaqişəsindən əldə edilmiş dərslərə əsaslanaraq əməkdaşlıq edəcəklərini açıqlayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button