BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb

“Fransada güclənən məsuliyyətsiz ritorika dünyanı nüvə müharibəsi uçurumuna atmaq riski daşıyır”.

Polise.az  xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Onun sözlərinə görə, nüvə silahından istifadə şərtləri Rusiyanın nüvə doktrinasında açıq şəkildə ifadə olunub və Moskva buna ciddi əməl edir:

“Təəssüf edirik ki, həqiqətən də nüvə ritorikasını qızışdıranlara, məsələn, nüvə silahı da daxil olmaqla, bütün hərbi vasitələrdən istifadəni elan edən ABŞ-ın müdafiə naziri Lloyd Ostinə qarşı bu gün bir qınama sözü eşidilməyib.

Londonda nüvə düyməsini necə asanlıqla basmağa hazır olduğumuzu da xatırlayırıq. Biz həmçinin Parisdə dünyanı nüvə müharibəsi uçurumuna sürükləyən məsuliyyətsiz ritorikanın artdığını görürük”, – diplomat bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button