Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Martın 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən  Polise.az -a verilən məlumata görə, Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Keçirilmiş tədbirlər nəticəsində Xəzər dənizinin cənub istiqamətində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində “BA-580” bort nömrəli “Yamaha-25” mühərriklə təchiz edilmiş qayıqda Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Ağayev Cəfər Bahadır oğlu sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb.

Qayığa baxış zamanı yeddi bağlamada ümumi çəkisi 29 kiloqram 715 qram narkotik vasitə marixuana, “Baikal” ov tüfəngi, iyirmi dörd patron, həmçinin “Garmin” GPS cihazı, “Samsung Galaxy A5” və “KGTEL” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button