DYP yağışlı şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

“Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırıb. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara qeyri-şərtsiz əməl etməyi tələb edir.

Qeyri-iş günlərində avtomobil yollarında hərəkət intensivliyinin artdığını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də nömrə nişanlarının təmizliyinə nəzarət etməlidirlər.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button