Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə hasarın tikintisini sürətləndirmək istəyir
Finlandiya hökuməti Rusiya ilə sərhəddə hasarın tikintisini sürətləndirmək üçün 2024-cü ildə əlavə 74 milyon avro ayırmağı planlaşdırır.
Polise.az xəbər verir ki, bu barədə “Yle” portalı məlumat yayıb.
Əlavə vəsait 2025-ci il üçün rezerv edilmiş pulların bu ilə köçürülməsi yolu ilə həyata keçiriləcək.
Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. Sərhəd hasarının ümumi uzunluğu 200 km təşkil edəcək. Hasarın inşasının 2025-26-cı illərdə başa çatdırılması gözlənilir. Onun dəyəri 380 milyon avro olacaq.
Polise.az