İsrail ordusu Qəzzada HƏMAS-ın üçüncü şəxsini məhv edib
İsrail ordusu Qəzza zolağında radikal Fələstin hərəkatı HƏMAS-ın üçüncü şəxsi, hərbi qanadın komandir müavini Mərvan İssanı məhv edilməsi xəbərini təsdiq edib.
Polise.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari məlumat verib.
“Bu gecə, bütün kəşfiyyat məlumatları yoxladıqdan və 100% əmin olduqdan sonra, Baş Təhlükəsizlik Xidməti və Hərbi Kəşfiyyat Müdirliyinin kəşfiyyat məlumatlarına əsaslanaraq, Mərvan İssanın iki həftə əvvəl Razi Əbu Tamaa ilə birlikdə bizim hücumumuzda öldürüldüyünü bildiririk”, – deyə o bildirib.
Polise.az