Baydenin seçki büdcəsi rekord miqyasda artıb
Nyu-Yorkda keçirilən seçki tədbiri ABŞ Prezidenti Cozef Baydenə kampaniya büdcəsinə rekord 25 milyon dollar əlavə etməyə imkan verib.
Polise.az-ın xəbərinə görə, bu barədə onun seçki qərargahı “X” sosial şəbəkəsində məlumat yayıb.
Bu yığım Baydenin demokrat sələfləri Barak Obama və Bill Klintonun, habelə məşhur teleaparıcıların və musiqiçilərin müşayiəti ilə Nyu-Yorkun “Radio City Music Hall”da verilişinə bilet satışı ilə təmin edilib.
Qeyd edilir ki, Bayden tədbirdə rəqibi Donald Trampın bütün fevral ayı ərzində topladığı puldan daha çox vəsait toplayıb.
Polise.az