Özbəkistan prezidenti ölkədə asayişin qorunması üçün tədbirləri gücləndirməyi tapşırıb

Özbəkistan prezidenti Şavkat Mirziyoyev hüquq-mühafizə və təhlükəsizlik orqanlarının rəhbərləri ilə müşavirə keçirib.

Bu barədə Polise.az  Özbəkistan prezidentinin saytına istinadən xəbər verir.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın rəhbərliyinə ictimai asayişin qorunması istiqamətində aparılan işləri daha da gücləndirmək, əhalinin sıx olduğu yerlərdə baş verə biləcək terror aktlarının və digər fövqəladə halların qarşısının alınması istiqamətində təsirli tədbirlər görmək tapşırılıb.

Dövlət başçısı ictimai təhlükəsizliyin təmin edilməsində hüquq-mühafizə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və sahibkarların tam qarşılıqlı fəaliyyətinin təmin edilməsini nəzərdə tutan normativ akt layihəsinin hazırlanması barədə göstəriş verib.

İclasda ictimai təhlükəsizliyə yeni təhdid və risklərin artdığı indiki şəraitdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə sahibkarlıq subyektləri arasında qarşılıqlı əlaqənin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Bundan əvvəl Daşkənd Şəhər Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat vermişdi ki, daxili işlər orqanları ticarət mərkəzləri, bazarlar və əyləncə məkanlarında təhlükəsizlik tədbirlərini gücləndirib. Qurum insanları ictimai yerlərdə və nəzarətsiz qalan obyektlərdə şübhəli olan şəxslərə diqqət yetirməyə və dərhal hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verməyə çağırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button