Türkiyə aviaşirkətinin Avropaya uçuşları qadağan edilib

Türkiyənin “Southwind Airlines” aviaşirkətinin Avropaya uçuşları qadağan edilib.

Polise.az  xəbər verir ki, bu barədə “Turizm Güncel” saytı Avropa İttifaqının qərarına istinadən məlumat yayıb.

Belə ki, rəsmi Brüssel Aİ-yə üzv dövlətlərə elan edib ki, “Southwind Airlines” (Cortex Aviation and Tourism Trade-nin rəsmi adı) aviaşirkətinin təyyarələrinə sanksiyalar qaydalarına uyğun olaraq Avropada uçuş və enişi qadağan edilib.

Hazırda bu qadağaya görə, “Southwind Airlines” tərəfindən həyata keçirilən Şarm əl-Şeyxdən “Air Cairo SM903” kodlu uçuş gecikir. Həmçinin Sürix, Berlin, Düsseldorf, Frankfurt, Hamburq, Münhen və Ştutqartın hava limanları bu aviaşirkətin təyyarələrinin gəlişinə qadağa qoyub.

Aİ-də hesab edirlər ki, “Southwind Airlines” faktiki olaraq Rusiyanın sanksiya tətbiq etdiyi strukturlar tərəfindən idarə olunur. Şirkət 2022-ci ilin aprel ayında yaradılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button