Müdafiə naziri göstəriş verib: Hərbi hissələrdə təlimlər və praktiki məşqlərin intensivliyi artırılsın

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılması ilə bağlı göstəriş verib.

Polise.az  xəbər verir ki, bu barədə nazir Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.

General-polkovnik silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqi ilə real döyüş şəraitinə uyğun keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Müdafiə naziri şəxsi heyətin sağlamlığının qorunmasının daim diqqət mərkəzində saxlanılması, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin aprel ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların planlı şəkildə yola salınması ilə bağlı müvafiq göstərişlər verib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button