Türkiyədə İŞİD-lə əlaqəsi olan 51 şübhəli saxlanılıb

Türkiyənin xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıb.

Polise.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya xəbər verib.

“21 vilayətdə dörd gün ərzində keçirilən əməliyyatlar çərçivəsində 51 nəfər İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb”, – nazir “X”dəki (keçmiş tviter) hesabında yazıb.

Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ən çox saxlanılanlar (10 nəfər) Ankaradadır. Əməliyyatlar zamanı İŞİD-in fəaliyyətinə aid xeyli sayda sənəd ələ keçirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button