Guardian: İsrail BMT-yə Fələstinli Qaçqınlara Yardım Agentliyinin ləğvini təklif edib
İsrail BMT-yə Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) ləğvini və onun səlahiyyətlərinin başqa quruma verilməsini təklif edib.
Polise.az xəbər verir ki, bu barədə “The Guardian” BMT-dəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İsrailin təşəbbüsü UNRWA işçilərinin BMT-nin digər agentliklərindən birinə, məsələn, Ümumdünya Ərzaq Proqramına köçürülməsini nəzərdə tutur.
Nəşrin qeyd etdiyi kimi, BMT-nin humanitar işçiləri əmindirlər ki, yalnız UNRWA fələstinlilərin Qəzza zolağına ərzaq çatdırmaq üçün resurslarına və etibarına malikdir və agentliyin siyasi səbəblərə görə ləğv edilməsi cəhdi fəlakətli nəticələrə gətirib çıxaracaq.
Polise.az