İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar

Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlər nəticəsində ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, həmin şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən olunub.

Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsilə də qeydə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button