Depressiya və bədən istiliyi arasında inanılmaz əlaqə var – Araşdırma
Yeni bir araşdırma depressiya və bədən istiliyi arasında əlaqə aşkar edib.
Polise.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 106 ölkədən 20 mindən çox insanın məlumatları tədqiq olunub.
Kaliforniya San Fransisko Universitetinin tədqiqatçıları 7 ay ərzində 20 min 880 nəfərin məlumatlarını araşdıraraq depressiyaya düşən insanların bədən hərarətinin daha yüksək olduğunu müəyyənləşdiriblər. Onlar vurğulayıblar ki, 106 ölkədən iştirakçıların iştirak etdiyi tədqiqat yüksək bədən istiliyinin depressiyaya səbəb olduğunu və ya depressiyanın bədən istiliyini artırdığını sübut etmək üçün kifayət deyil. Buna baxmayaraq, depressiya ilə bədən istiliyi arasında aşkar edilən əlaqənin əlavə tədqiqatlar aparmağa dəyər olduğu bildirilib.
Araşdırmanın müəlliflərindən olan psixiatr Ashley Mason bildirib ki, məlumatımıza görə, bu, coğrafi baxımdan böyük bir nümunə ilə aparılan və depressiya ilə bədən istiliyi arasındakı əlaqəni araşdıran ən əhatəli araşdırmadır: “Birləşmiş Ştatlarda artan depressiya sayını nəzərə alaraq, biz yeni müalicə imkanları üçün həyəcanlıyıq”.
Tədqiqatçılar iki şərt arasındakı əlaqənin bir çox səbəbə bağlı ola biləcəyinə diqqət çəkiblər. Müvafiq olaraq, depressiya həddindən artıq istilik əmələ gətirən metabolik proseslə əlaqələndirilə bilər və ya düzgün olmayan soyuducu bioloji funksiyalar depressiya ilə əlaqələndirilə bilər. Daha əvvəl depressiya ilə bədən istiliyi arasındakı əlaqəni ortaya qoyan bəzi tədqiqatlar aparılsa da, bu tədqiqatların əhatə dairəsi dar olduğundan nəticələr nəzərə alınmayıb. Oxşar bir araşdırma göstərdi ki, cakuzi və saunalar depressiya əlamətlərini yüngülləşdirir. Bu vəziyyətin tərləmə kimi soyutma funksiyalarının işə düşməsi səbəbindən yarana biləcəyi qeyd edilib.
Polise.az