İlham Əliyev Blinkenə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu bildirib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət Katibi Antoni Blinkenlə telefon danışığı zamanı insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu bildirib.

Polise.az-ın məlumatına görə bu barədə Prezidentin mətbuat xidmətindən “Azərtac” informasiya agentliyinin sorğusuna cavab olaraq bildirilib.

Cavabda qeyd olunub ki, bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik.

“Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu konteksdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”, – mətbuat xidmətindən bildirilib.

Məlumatda vurğulanıb ki, Prezident İlham Əliyev telefon danışığı zamanı, həmçinin tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işğəncələrə məruz qalması məsələsini bildirib.

“Culian Assancın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulayıb. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir”, – mətbuat xidməti məlumat verib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button