Azərbaycan bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq

Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və ona bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir.

Polise.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin son hərbi təxribatlarla bağlı bəyanatına dair şərhində qeyd olunub.

Bildirilib ki, 30 il ərzində məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə onları beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən, bu gün dəfələrlə istinad etdiyi Almatı bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyən Ermənistan tərəfinin indi silahlara nəzarət və hücum etməmək paktı kimi qeyri-ciddi fikirlər səsləndirməsi siyasi manipulyasiyadır: “Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir. Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button