Finlandiya Prezidenti Rusiya ilə siyasi dialoq yoxdur
Finlandiya rəhbəri Aleksander Stubb Ukrayna münaqişəsi ilə bağlı Moskva ilə siyasi dialoqun tamamilə olmadığını açıqlayıb.
Polise.az-ın məlumatına görə, bu barədə CNN xəbər yayıb.
Stubbın sözlərinə görə, hazırda Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə heç bir siyasi dialoq yoxdur. Eyni zamanda, Finlandiya Prezidenti belə bir dialoqun aparılmasının indi qətiyyən qeyri-mümkün olduğu qənaətindədir, çünki sülhə aparan yeganə yol döyüş meydanındadır.
Eyni zamanda, o, sülhün birtərəfli qaydada əldə edilə bilməyəcəyinə işarə edib.
Polis.az