BMT-nin baş katibi İranın İsrailə hücumunu pisləyib

BMT-nin baş katibi Antoniu Quterreş İranın İsrailə hücumunu pisləyib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Polise.az-ın məlumatına görə, bu barədə beynəlxalq təşkilatının bəyanatında deyilir.
“İsrailin İran İslam Respublikası tərəfindən məruz qaldığı genişmiqyaslı hücum şəklində ciddi eskalasiyanı kəskin şəkildə pisləyirəm. Bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram”, – bəyanatda deyilir.
Daha əvvəl bildirilib ki, İranın onlarla PUA-sı İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçub. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr də İordaniya ərazisi üzərində müşahidə edilib.
Polise.az



