Paşinyan: Azərbaycanla ərazilərin mübadiləsinə dair məsələ yaranarsa, Ermənistan referendum keçirməlidir

“Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə referendum keçirilə bilər”.

APA “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, hələlik SSRİ dövründə mövcud sərhədlərin bərpası prosesi həyata keçirilir:

“Azərbaycanla Ermənistan arasında yeni razılaşmaların əldə olunacağı zamanın gələcəyi istisna deyil. Ola bilər ki, hansısa məqamda Ermənistanla Azərbaycan hər tərəfdən 100 kvadratmetr ərazinin qarşılıqlı şəkildə güzəştinə dair məsələni müzakirə etsin. Lakin bu, referendum vasitəsilə həyata keçirilməlidir”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button