TÜRKSOY-un Baş katibi: Təşkilatımız Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlaşır

TÜRKSOY Şuşada keçiriləcək üç möhtəşəm tədbirə hazırlıq mərhələsindədir.

Bunu  Polise.az -ın Ankara bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.

O xatırladıb ki, bir ay sonra Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

“Bu, Türk dünyasının daha da gücləndirilməsi adına çox gözəl təşəbbüsdür. Biz hazırda bu toplantıya hazırlaşırıq”, – deyən Sultan Raev bildirib ki, ICESCO tərəfindən “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı keçiriləcək tədbirlərə TÜRKSOY da qatılacaq: “İyul ayının əvvəllərində Şuşa Qlobal Media Forumu keçiriləcək ki, bu tədbirdə də iştirak üçün hazırlıqlar görürük”.

S.Raev Azərbaycanın TÜRKSOY-un fəaliyyətlərində ən aktiv iştirakçı olduğunu təqdir edib: “Azərbaycan TÜRKSOY-un lokomotivlərindən biridir və təşkilatımızın tədbirlərində fəal iştirak edir”.

TÜRKSOY rəhbəri Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində qurulan Azərbaycan Mədəniyyət Mərkəzi ilə də əməkdaşlıq qurmaq niyyətinin olduğunu bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button