Paşinyan bununla kifayətlənməyəcək, Qarabağ erməniləri… – Matevosyan
“2020-ci ildə 44 gün ərzində Qarabağ separatçıları (mətndə uydurma bir ad yazılıb – red.) Azərbaycanın hücumuna məruz qalanda, 2022-ci ilin sonundan 2023-cü ilin payızına qədər Qarabağ erməniləri blokada şəraitində qalanda, 2023-cü ilin sentyabrında “artsax” (ermənilərin separatçı quruma qoyduqları uydurma ad – red.) süqut edəndə Paşinyan onların müstəqilliyini tanımadı. Lakin bu gün Ermənistan Fələstinin müstəqilliyini tanıyıb”.
Musavat.com xəbər verir ki, bu sözlər erməni politoloq, revanşist Beniamin Matevosyan tərəfindən yazılıb.
“Bu gün xüsusi təyinatlılar nümayişkaranə şəkildə İrəvandakı “artsax nümayəndəliyi”nin qapısını sındırdılar və Samvel Şahramanyanı apardılar. Biz (ermənilər – red.) xalq olaraq əsrlər boyu bu rüsvayçılıqdan qurtulmayacağıq. Bugünkü maska-şouya gəlincə, bu, məntiqi nəticədir. Məntiqi nəticə odur ki, Ermənistana gələn Qarabağ erməniləri səs çıxarmadı. Bilin ki, Nikol Qarabağ ermənilərinin qapıları ilə kifayətlənməyəcək, o, Qarabağ ermənilərinin hər bir nümayəndəsinin evinə girəcək”, – deyə Matevosyan qeyd edib.
Polise.az