Almaniyada ukraynalılara işləməklə ölkələrinə geri dönmələri arasında seçim təklif edilib

“İşə sahib olmaq ukraynalıların Almaniyada qalması üçün məcburi şərtə çevrilməlidir”.

Polise.az-ın məlumatına görə, bu barədə “Xristian Sosial Birliyi”nin Bundestaqdakı qrup sədri Aleksandr Dobrindt bildirib.

Onun sözlərinə görə, ukraynalı qaçqınlara qarşı iki prinsip tətbiq edilməlidir – Ya Almaniyada işləmək, ya da Qərbi Ukraynanın təhlükəsiz bölgələrinə qayıtmaq.

O qeyd edib ki, ukraynalı qaçqınlara dövlət tərəfindən ödənişlər fövqəladə tədbirdir. Dobrindt hesab edir ki, ukraynalılar bu vəziyyətdən razıdırlar, çünki onlar iş axtarmaq əvəzinə müavinətlə yaşayırlar.

Rəsmi məlumatına görə, Almaniyada 700 min ukraynalı pul kompensasiyası alır, onlardan təxminən 480 mini əmək qabiliyyətli yaşdadır.

Avropa İttifaqında Almaniya ukraynalı qaçqınların sayına görə lider mövqe tutur, onların sayı 1 milyonu ötüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button