Azərbaycanın müdafiə naziri Macarıstanda səfərdədir
![](/wp-content/uploads/2024/06/89f02600-6067-3e8a-8a9f-4b3bddd1c7c8_850-780x470.jpg)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.
Bu barədə Polise.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstan Respublikasının hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.
Polise.az