İranın yeni seçilmiş Prezidenti Pezeşkianın avqustun əvvəlində andiçmə mərasimi keçiriləcək

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi avqustun əvvəlində keçiriləcək.

Polise.az  İRNA agentliyinə istinadla xəbər verir ki, İran parlamentinin Rəyasət Heyətinin üzvü Moctəbi Yusifi Məsud Pezeşkianın təklif etdiyi kabinet üzvlərinin təsdiqi üçün qanunverici orqanın iş qrafikini açıqlayıb. O qeyd edib ki, inaqurasiya mərasimindən sonra 15 gün ərzində nazirlərin siyahısı parlamentin təsdiqinə təqdim ediləcək.

Qeyd edək ki, müasir İran tarixində doqquzuncu prezident olan Pezeşkian 16,384 milyon səslə seçkilərin qalibi olub. Altmış doqquz yaşlı Pezeşkian kardiocərrahdır və prezident seçilənədək ölkə parlamentində deputat olub. O, 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini, 2001-2005-ci illərdə isə İranın sabiq prezidenti Məhəmməd Hatəminin hökumətində səhiyyə naziri olub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button