Aİ Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılmasına razılaşıb

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə birliyin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə, 2025-ci ilin yanvar ayının sonuna qədər uzadılması barədə razılığa gəlib.

Polise.az  TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə bildirib.

Həmin qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.

Ümumilikdə Aİ Rusiya hüquqi şəxslərinə qarşı 685 sanksiya tətbiq edib. Şəxsi cəzaya məruz qalan 1558 nəfər var.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button