ABŞ Prezidenti COVID-19-a yoluxub
ABŞ Prezidenti Co Bayden koronavirusa yoluxub.
Polise.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb. O bildirib ki, prezident əvvəlcədən peyvənd olunub və xəstəliyi yüngül simptomlarla keçirir. Co Bayden Delaverə gedərək özünütəcrid rejimində işləyəcək.
Xəstəliyə görə Co Baydenin Las-Veqas səfəri təxirə salınıb. Onun “UnidosUS” təşkilatının konfransında çıxışı nəzərdə tutulurdu.
Polise.az