Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sıra baxışında 122 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button