Türkiyə XİN vətəndaşlara Livana səfərlə bağlı xəbərdarlıq edib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Livan Respublikasına zəruri olmayan səfərlərdən çəkinmələri, həmçinin Livanda olan türklərin ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
Polise.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada bölgədəki son hadisələr nəzərə alınaraq Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsi ehtimalının olduğu vurğulanıb.
Açıqlamada deyilir: “Livandakı vətəndaşlarımızın ehtiyatlı olmaları, zəruri olmadıqca Nəbatiyə, Cənubi Livan, Bəkaa və Baalbek-Hermel vilayətlərinə getməmələri, Livanda qalması vacib olmayanların isə kommersiya uçuşları davam etdiyi müddətdə ölkəni tərk etmələri tövsiyə olunur”.
Açıqlamada, həmçinin nazirliyin və Türkiyənin Beyrutdakı səfirliyinin rəsmi internet saytları, eləcə də sosial media hesabları vasitəsilə ölkədə baş verən hadisələri izləməyin faydalı olacağı vurğulanıb, diplomatik nümayəndəlikdə yaradılan qaynar xətt nömrələri qeyd olunub.
Polise.az