KİV: Pentaqon yaxın günlərdə Yaxın Şərqdəki qüvvələrə qarşı yeni hücumlar gözləyir
Amerika Birləşmiş Ştatları İraqdakı Ayn əl-Əsəd aviabazasına edilən və ABŞ hərbçiləri arasında itkilərlə nəticələnən hücumdan sonra Yaxın Şərqdəki qoşunlarına qarşı daha çox hücumlar gözləyir.
“Report” xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi yaxın günlərdə “iranyönümlü yaraqlılar” tərəfindən bölgədəki Amerika qüvvələrinə hücumların artacağını gözləyir.
Polise.az