Göyçayda iki gün əvvəl ağacdan yıxılan kişi ölüb
Göyçayda iki gün əvvəl ağacdan yıxılan kişi ölüb.
Polise.az xəbər verir ki, hadisə avqustun 4-də rayonun Bığır kəndində qeydə alınıb.
1951-ci il təvəllüdlü Məmmədov Tahir Abdulla oğlu yaşadığı evin həyətyanı sahəsində ağacdan yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Polise.az