Goranboyda avtomobil qəzalarında 6 nəfər xəsarət alıb

Goranboy rayonunda gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub, qəzalarda 6 nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü G.Orucova xəsarət alıb.

Digər yol-nəqliyyat hadisəsi isə Ağcakənd kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Əliyev, 1978-ci il təvəllüdlü E.Məmmədov və 10 yaşlı E.Məmmədov xəsarət alıblar.

Rayonun Boluslu kəndində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, su daşıyan “ZİL” markalı yük avtomobili sement daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində su daşıyan maşın zərbənin gücündən aşıb. Hadisə zamanı “ZİL”-in sürücüsü, 1967-ci il təvəllüdlü M.Babayev, habelə yük maşının da sürücüsü xəsarət alıb.

Qəzalarda xəsarət alanlardan 5 nəfəri xəstəxanaya çatdırılıb, bir nəfərə, sement daşıyan yüş maşının sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktlarla bağlı araşdırma aparılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button