Azad olunmuş ərazilərdə təşviqatın aparılması üçün açıq və qapalı yerlər ayrılıb

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədlərin azad edilən ərazilərdə seçicilərlə görüşü üçün ümumilikdə 25 təşviqat yerləri ayrılıb.

“Report” xəbər verir ki, təşviqatın aparılmasına görə azad olunmuş ərazilərdə seçicilərlə görüş üçün 14 açıq tipli yer, 11 qapalı tipli yer ayrılıb.

Belə ki, Xankəndi və Şuşa şəhərlərində təşviqat üçün bir açıq və bir qapalı, Laçın rayonunda altı açıq və altı qapalı, Zəngilan rayonunda iki açıq və bir qapalı, Ağdam rayonunda iki açıq və bir qapalı, Cəbrayıl rayonunda bir qapalı və bir açıq, Kəlbəcər rayonunda isə bir açıq yer ayrılıb.

Təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı ilə tanış olmaq üçün bu keçidə daxil ola bilərsiniz.

Xatırladaq ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button