Türkiyə ordusuna qarşı təxribat hazırlayan terrorçu İraqda öldürülüb
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində yeni əməliyyat keçirib, PKK/KCK terror qruplaşmasının üzvü Serdar Sönmez öldürülüb.
“Report” xəbər verir ki, onun kod adının “Eziz Qabar” olduğu bildirilir.
Məlumata görə, S.Sönmez Türkiyə Silahlı Qüvvələrinə qarşı təxribata hazırlaşırmış. Türkiyə kəşfiyyatı bunu öyrəndikdən sonra terrorçunu addım-addım izləyib və onu zərərsizləşdirib.
S.Sönmez 2014-cü ildə PKK/KCK terror qruplaşmasının sıralarına qoşulub.
Polise.az