Ad günümü adi gün kimi qeyd edirəm – 76 yaşlı Rasim Balayev – VİDEO
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin doğum günüdür. Sənətçinin 76 yaşı olur.
Bakupost.az -a açıqlamasında Xalq artisti doğum gününü adi günlərdən biri kimi qeyd etdiyini bildirib.
“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü adi günlərdən biri kimi qeyd edirəm. İndi işə getməyə hazırlaşıram”, – Xalq artisti bildirib.
Bir müddət öncə onurğa sütunundan ağır əməliyyat keçirən aktyor hələ ki, müalicələrinin davam etdiyini deyib:
“Səhhətim babatdır. Müəyyən işlər var, onları da görməliyəm, fizioterapiyaya getməliyəm. İşlərimizlə bağlı proseslər gedir və hər şey yaxşı olmalıdır”.
https://www.bakupost.az/sehhetim-babatdir-ise-getmeye-hazirlasiram-rasim-balayev
Polise.az