Ötən gün 132,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 12-də ümumi çəkisi 132,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqrama yaxın heroin, 127,7 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın metamfetamin, həmçinin 1000 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button