Pezeşkian hələ Azərbaycanla “Bismillah” etməmiş… – İrana “pas”ı kim ötürdü?

Britaniyanın “Teleqraf” qəzeti İran Prezidenti Məsud Pezeşkianın adından iddia yayıb. Guya Pezeşkian İsrailin Azərbaycan və İraqdakı bazalarını vurmağı təklif edib. Bu cür informasiyaların mənbələri birmənalı olaraq kəşfiyyat informasiyası ilə təsdiq olunmasa, bu cür məsələlərə etimad etmək olmaz. Çünki Pezeşkianın prezidentliyi dönəmində Azərbaycan və Türkiyə ilə İranın münasibətlərinin ən müsbət zirvəyə yüksələcəyi ilə bağlı bəzi yerlərdə narahatlıqlar var. Bu narahatlıqları konkret güc mərkəzləri özündə daşıyır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, onların kim olduğu hər kəsə bəllidir:

“Ona görə də belə məsələlər İran tərəfindən təkzib olunmaz. Əgər söhbət rəsmi hökumətdən gedirsə, hökumət hələ tam formalaşmış vəziyyətdə deyil. Pezeşkian bəzi nazirlərin təyinatı ilə bağlı qanunverici orqana parlamentə təqdimat göndərib. Yəni bu məsələlər strukturlaşma hökumətin formalaşma prosesi başa çatmadığı üçün bunu Pezeşkian durub özü təkzib edəsi deyil ki, doğrudur, bunun üçün bəzi sözçüləri var. Ancaq hər bir halda dövlətin fəaliyyət metodologiyası var. Bu baxımdan düşünürəm ki, bu məsələni sadəcə Azərbaycan və İran, eyni zamanda, Türkiyə və İran arasında münasibətləri daha da gərgin müstəviyə daşımaq üçün bunu edirlər. İsrailin müəyyən strateji obyektləri təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə var.

Paralel Azərbaycanın adının çəkilməsi mənə elə gəlir ki, ən diqqət çəkən məsələ olmalı idi. Buna görə belə məsələyə diqqət etmək lazımdır. Çünki Pezeşkian hələ Azərbaycanla “bismillah” etmədən, nəyə görə Azərbaycan ərazisində hansısa yəhudi obyektlərini vurmağı təklif etsin? Üstəlik, bu yöndə Pezeşkianın konkret olaraq kəşfiyyat məlumatları mövcuddurmu? Çünki hökumət hər cəhətdən formalaşmadan, bu cür arayışlar artıq onun qarşısına gəlməyib. Ona görə də məsələləri ciddi araşdırmaq lazımdır ki, bu məsələnin inandırıcı yükü olsun. Düşünürəm ki, bu, bir təxribatdır eyni zamanda dezinformasiyadır. Ona görə də səbrli davranmaq lazımdır. Çünki Azərbaycanı vurmaqla vurdular arasında çox böyük fərq var. Buna görə də hər sözü reallıq olaraq sənə də tikmək olmur. Kiminsə işlətdiyi bir ifadəni də dövlətlər arası münasibətlərə qətiyyən qarışdırmaq olmaz. Ona görə də düşünürəm ki, Azərbaycan mediası maksimum bu yöndə səbrli davranmalıdır. Çünki çox həssas dönəmdən keçirik.

Düşünürəm ki, Pezeşkiana hər kəs imkan tanımağa borcludur. Çünki hansı çətinliklər çərçivəsində İran rejimində prezidentlik etmək hökumətə başçılıq etməyin çətinliyi hər kəsə bəllidir”.

Natiq Miri qeyd edib ki, xarici mediada tirajlanan bu iddia İrana ötürülən pasdır, aranı qatmaq məqsədi daşıyır:

“Sadəcə olaraq mətbuatın dili ilə həm də guya Pezeşkianın fikiri kimi təqdim olunur. Düşünürəm ki, bu ən böyük dezinformasiya olmaqla bərabər həmçinin diqqəti yayındırmaq cəhdidir. Həm də görünən odur ki, hələ də konkret hücumun hansı şəkildə həyata keçiriləcəyi qərarı verilməyib”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button