Pezeşkian İranda Milli Razılıq Hökuməti qurmaq istəyir

İran prezidenti Məsud Pezeşkian ölkədə “milli razılıq hökuməti” yaradacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Pezeşkian parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, təqdim etdiyi kabinet bütün İran xalqını təmsil edir: “Milli Razılıq Hökuməti bütün İran xalqının vətəndaş hüquqlarını təmin etməyə borcludur və milli maraqların qorunmasına sadiqdir”.

Pezeşkianın sözlərinə görə, ölkədə mövcud olan problemlər indiki siyasət və tədbirlərin köməyi ilə həll olunmayacaq. O qeyd edib ki, onun administrasiyasının planlarından insanların razı qalması onun üçün çox vacibdir. İran prezidenti bəzi problemlərin ölkə hüdudlarından kənarda deyil, öz daxilində yarandığını da vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button