Trampdan maraqlı addım – Gülləkeçirməz şüşənin arxasında mitinq keçirdi

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizəd Donald Tramp sui-qəsdə məruz qaldıqdan sonra baş tutan ilk mitinqdə xalqa gülləkeçirməz şüşə arakəsmənin arxasından müraciət edib.

“AzPolitika” xəbər verir ki, prezidentliyə namizədin bu cür üst səviyyəli təhlükəsizlik tədbirləri alması sosial şəbəkələrdə maraqla qarşılanıb.

Çıxışında İsrail-HƏMAS və Rusiya-Ukrayna savaşlarından danışan Tramp, növbəti dəfə hakimiyyətdə olacağı təqdirdə bu müharibələrin baş verməyəcəyi ilə bağlı fikirlər səsləndirib.

Qeyd edək ki, keçmiş ABŞ lideri Donald Tramp 13 iyul tarixində seçiciləri ilə görüş əsnasında silahlı hücuma məruz qalıb. Tramp bu uğursuz sui-qəsd cəhdi zamanı qulağından yaralanıb

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button