Ağsuda narkokuryerlikdə şübhəli bilinən qadın tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Polise.az –a verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button