Zelenski azərbaycanlı idmançını mükafatlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı idmançı, Ukraynanı Paris Yay Olimpiya oyunlarında Yunan-Roma güləşi üzrə təmsil edən və gümüş medal qazanan Pərviz Nəsibovu orden ilə təltif edib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Pərviz Nəsibov 2-ci dərəcəli “Xidmətə görə” («За заслуги») ordeni ilə təltif olunub.

Qeyd edək ki, həmyerlimiz Ukraynanı bundan əvvəl də Tokio Yay Olimpiya oyunlarında təmsil edərək 2-ci yer tutub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button