Milli Məclisə seçkilərdə ilk dəfə səs verəcək şəxslərin sayı açıqlanıb
Milli Məclisə seçkilərdə ilk dəfə səs verəcək şəxslərin sayı 51 min 141 nəfərdir.
Bunu Report’a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
R.Qasımov bildirib ki, ilk dəfə səs verən seçicilərin seçkilərdə iştirakı təqdirəlayiq bir məqamdır:
“MSK başda olmaqla bütün seçki komissiyaları əlindən gələni edir ki, onlar həmişə seçki prosesinə maraq göstərən seçicilər olaraq formalaşsınlar və seçkilərdə mütəmadi iştirak etsinlər. Seçki günü – sentyabrın 1-də 374 şəxsin 18 yaşı tamam olur və onlar məhz həmin gün səsvermə hüququ əldə edəcəklər. MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var. Çalışırıq ki, onlar həmin günü xoş və qürurverici bir xatirə kimi daim yadda saxlasınlar”.
Polise.az