Azərbaycan Tatarıstanın İnvestisiyaların İnkişafı Agentliyinin fəaliyyəti ilə tanış olub
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Tatarıstana bölgəsinə işgüzar səfəri çərçivəsində yerli İnvestisiyaların İnkişafı Agentliyində görüş keçirib.
Polise.az bu barədə xəbər verir.
Məlumata görə, görüş zamanı Agentliyin fəaliyyəti, eləcə də Tatarıstanın investisiya potensialı, mədəni-irs obyektlərinin bərpası və tikintisi layihələrinin icrasında Tatarıstan təcrübəsi barədə məlumat verilib.
Polise.az