Azərbaycanla Qazaxıstan arasında hüquqi sahədə memorandum imzalanıb

Ədliyyə naziri Fərid Əhmədov Qazaxıstana səfəri çərçivəsində həmin ölkənin ədliyyə naziri Azamat Yeskarayev ilə görüşüb.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə ortaq soykök və tarixi-mədəni əlaqələrə malik Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində davam etdiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçıları arasında sıx münasibətlər, eləcə də qarşılıqlı yüksək səviyyəli səfərlər ölkələr arasında əlaqələrə və ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Görüşdə ədliyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, iki ölkə arasında müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də müasir tendensiya və təcrübələrin öyrənilməsinin vacibliyi vurğulanıb. Görüş çərçivəsində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Memorandum” imzalanıb.

Memoranduma əsasən tərəflər yerli qanunvericiliklərin beynəlxalq standartlara uyğunlaşdırılması, ədliyyə sahəsində müasir İKT-nın tətbiqi, ədliyyə xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığın artırılması, kadr hazırlığı, icra və məhkəmə ekspertizası fəaliyyəti üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, ekspert görüşlərinin və səfərlərin təşkil edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button