Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın İrandan ballistik raketlər alması ilə bağlı birgə bəyanat yayıb

Fransa, Almaniya və Böyük Britaniya hökumətləri birgə bəyanat yayaraq İranın Rusiyaya ballistik raketlər ixrac etməsini kəskin şəkildə qınayıb.

AZƏRTAC Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bəyanatda silah tədarükünün Avropanın təhlükəsizliyinə təhdid olduğu bildirilib.

“İranın Rusiyaya hərbi dəstəyinin artması İran raketlərinin Avropa torpaqlarına çatmasına, Ukrayna xalqının əzablarını artırmasına səbəb olacaq. Bu addım həm İranın, həm də Rusiyanın gərginliyi artırdığını göstərir və Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir”,- deyə birgə bəyanatda qeyd olunub.

Böyük Britaniya, Fransa və Almaniya İranı müharibədə Rusiyaya verdiyi dəstəyi dərhal dayandırmağa və ballistik raketlərinin təkmilləşdirilməsi və ötürülməsini dayandırmağa çağırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button